Mahlıc kiplərinin yüklənməsi üçün avtokarların satın alınması

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC -  "Mahlıc kiplərinin yüklənməsi üçün avtokarların satın alınması " ilə əlaqədar Təchizatçıların Açıq Tenderdə (kağız üsulu) iştirakı ilə bağlı  elan

Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Satınalan təşkilatın VÖEN-i: 1305532271

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14

Müsabiqənin adı: Mahlıc kiplərinin yüklənməsi üçün avtokarların satın alınması 

Müsabiqə nömrəsi: 000023/26 

 

Tələbatın adı

Təsviri

Ölçü vahidi

Miqdar

1

     Avtokar

Yükgötürmə qabiliyyəti – 3.5 ton 

Maksimal qaldırma hündürlüyü - 4500 mm tripleks (mast  3 çıxışlı)

Daşınan yük – pambıq mahlıc kipi və çiyid kisəsi

İşçi orqanın tipi – Çəngəlli (Əlavə olaraq 3 ədəd kipi  yandan sıxan avadanlıq)

Qol uzunluğu – min 1200 mm.

Kipin ölçüləri LxHxW – 970 – 785 – 595 mm

Çiyid kisəsi – 2300 – 95 - 95 mm 

Yanğından mühafizə qurğuları ilə təmin olunması zəruridir 

Yana sürüşməli sistem ilə təminatlı (Side shift function) 

Açıq havada işləyən.

Şinlər – daş təkər.

Yanacağın tipi – dizel

Klirens – minimum 150 mm

 

ədəd

3

Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:

  1. Çatdırılma şərti: rezident təchizatçılar üçün DDP Şirvan, qeyri rezident təchizatçılar üçün isə DAP Şirvan olaraq müəyyən edilmişdir.
  2. Son təyinat məntəqəsi: Rezident- Şirvan Azərbaycan (Mərkəzi anbar- Şirvan şəhəri, M.Qədirov küçəsi) Qeyri Rezident- Şirvan Azərbaycan (Şirvan Gömrük Postu)
  3. Çatdırılma müddəti:  Müqavilə bağlandıqdan sonra 30 gün ərzində.
  4.  1 il zəmanət müddəti olmalıdır.
  5. Satınalmalarda iştirak zamanı təklif edilən məhsulun özünəməxsus texniki və keyfiyyət xüsusiyyətləri (göstəriciləri), mənşə ölkəsi,marka,brend , çatdırılma müddəti, çatdırılma şərti,zəmanəti təklifə əlavə edilməlidir.
  6. Ödəniş şərti: Müqavilə üzrə ödənişlər podratçının müqavilənin  yerinə yetirilməsi haqqında təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 30 (otuz) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.

Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:

  1. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
  2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
  3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
  4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
  6. Peşəkarlıq və təcrübə -Son 3 il ərzində Ümumilikdə ən azı 200 000.00 (iki yüz min)/ 117 645,00 ( bir yüz on yeddi  min altı yüz qırx beş) ABŞ dolları  məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən azı 3 (üç)  müqavilə təqdim edilsin

Müsabiqənin dərc edilmə tarixi: 04.06.2026,  12:00

Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri: (25.06.2026, 15:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası

Zərflərin açılış tarixi, saatı, yeri və forması:

İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 25 iyun 2026-cı il tarixində saat 15:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 29 iyun 2026-cı il tarixində saat 11:00-da video konfrans şəklində keçiriləcəkdir. 

İştirak haqqı: 150 (bir yüz əlli) AZN 

Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:

Bankın adı: “Kapital Bank” ASC

Swift Code: AIIBAZ2XXXX

Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

Bank VÖEN: 9900003611

Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Alanın hesabı: AZ61AIIB38070019440435563105

VÖEN: 1305532271

İştirak haqqı: 88.00 (səksən səkkiz ) USD

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Kapital Bank ASC

VÖEN: 1305532271

Hüquqi ünvan: AZ1065, Bakı ş., Yasamal ray., Tbilisi pr. 35,1033-cü məhəllə 

H/H: AZ51AIIB38170018400435563105

Bank: Kapital Bank ASC Səbail filialı

Filialın Kodu: 200059

M/h: 070-55.075.527

Müxbir bank: Raiffeisen Bank International AG, Vienna Austria

VÖEN : 9900003611

SWIFТ: RZBAATWW

Qeyd: Cari Açıq Tender üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.

 A.S.A.: Abdullayeva Ləman Akif qızı

Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis

Tel. (Mobil): +994 55 500 07 44 

Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)

Elektron poçt ünvan: laman.abdulayeva@azercotton.com