“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - "Cəmiyyətin istifadəsində və balansında olan kənd təsərrüfatı texnikasına, minik və yük avtomobillərinə GPS xidmətinin satın alınması" ilə əlaqədar Təchizatçıların Qiymət Sorğusu (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı
ELAN
Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14
Müsabiqənin adı: Cəmiyyətin istifadəsində və balansında olan kənd təsərrüfatı texnikasına, minik və yük avtomobillərinə GPS xidmətinin satın alınması
Müsabiqə nömrəsi: 000017/26
| Sıra №-si | Satın alınması planlaşdırılan xidmətlərin : | |||
| Adı | Təsviri | Ölçü vahidi | Miqdarı | |
| 1 | 2 | 3 | 4 | 5 |
| 1 | GPS avadanlığı üçün servis xidməti | 10 000-dək geozonanın əlavə edilməsi və müvafiq hesabatlılıq sisteminin yaradılması; E-mail və SMS vasitəsilə bildirişlərin onlayn təqdim edilməsi xidməti; Mobil tətbiqdə push-bildiriş sorğularının alınması; Texnikaların yerdəyişməsi haqqında məlumat (onlayn rejimdə); Texnikaların statusu ilə bağlı məlumatlar; KML, KMZ, SHP formatlarında fayllar şəklində sahələrin import edilməsi; Texnikaların hərəkətləri barədə məlumatların hər 60 saniyədən bir yenilənməsi; Hesabat məlumatlarının 1 il müddətində saxlanılması, 1 ildən artıq saxlanılan məlumatların arxivləşdirilməsi imkanı; Proqram təminatının Azərbaycan Respublikasının mövcud vektor kartoqrafiyası ilə tamamlanması; Peyk əsaslı onlayn xəritələrin kartoqrafiya modulunda istifadə imkanı; İstifadəçi fəaliyyətlərinin protokollaşdırılması imkanı; Sistemə müxtəlif giriş səviyyələrinə malik istifadəçi qruplarının yaradılması; Müvafiq məlumatların digər məlumat bazaları ilə inteqrasiya imkanı; İnformasiya təhlükəsizliyi üçün sistemin təmin edilməsi; Bütün məlumatların və server hissəsinin Azərbaycan Respublikasının ərazisində yerləşən Məlumat Emalı Mərkəzində saxlanılması; 24/7 texniki xidmət; Proqram təminatının inzibatləşdirilməsi; Əlavə analitik və hesabat formlarının yenilənməsi; Sistemdə yaranan səhvlərin 24 saat ərzində aradan qaldırılması; Proqram təminatının istifadəsi ilə bağlı təlimlərin keçirilməsi; Regionlarda daimi servis dəstəyinin olması. Xidmət müddəti – 12 ay. (719x12) | dəfə | 719 |
| 2 | GPS avadanlığı | Rabitə təminatının fasiləsiz və davamlı olması baxımından GPS avadanlıqları 4G standartlarına uyğun olmalıdır; GPS avadanlıqlarının batareyaları qidalanma olmadığı halda 2 (iki) günədək işlək vəziyyətdə qalmalıdır; Limitsiz rabitə (internet) trafiki təmin edilməlidir; Məlumatlar 60 saniyəlik vaxt intervalı ilə yenilənməlidir; GPS avadanlıqları (trekerlər) IP54 beynəlxalq standartlarına uyğun olmalıdır; Mobil tətbiqdə push-bildirişlər, Telegram messenceri və ya POST/GET sorğuları vasitəsilə məlumatların alınması imkanı olmalıdır; GPS avadanlıqları üçün 12 ay zəmanət verilməlidir; | ədəd | 50 |
| 3 | Ezamiyyət | Bir mütəxəssis üçün günlük ezamiyyət | nəfər | 70 |
Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:
- Çatdırılma şərti: rezident təchizatçılar üçün DDP Cəmiyyətin Filialları.
- Xidmətə başlama müddəti: Müqavilə bağlandıqdan sonra 30 iş günü ərzində; GPS avadanlığı- Müqavilə bağlandıqdan sonra 30 iş günü ərzində;Ezamiyyət- Müqavilə bağlandıqdan sonra 1 iş günü ərzində;
- GPS avadanlığı üçün 1 il zəmanət müddəti olmalıdır.
- Satınalmalarda iştirak zamanı təklif edilən məhsulun özünəməxsus texniki və keyfiyyət xüsusiyyətləri (göstəriciləri), mənşə ölkəsi,marka,brend , çatdırılma müddəti, çatdırılma şərti,zəmanəti təklifə əlavə edilməlidir.
- Ödəniş şərti: Müqavilə üzrə ödənişlər podratçının müqavilənin yerinə yetirilməsi haqqında təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 30 (otuz) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
- Peşəkarlıq və təcrübə -Son 3-5 il ərzində Ümumilikdə ən azı 80 000.00 (səksən min) AZN məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən azı 2 (iki) müqavilə təqdim edilsin
Müsabiqənin dərc edilmə tarixi: 08.06.2026, 10:00
Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri: (22.06.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası
Zərflərin açılış tarixi, saatı, yeri və forması:
İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 22 iyun 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 23 iyun 2026-cı il tarixində saat 11:30-da video konfrans şəklində keçiriləcəkdir.
İştirak haqqı: 100 ( yüz ) AZN
Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:
Bankın adı: “Kapital Bank” ASC
Swift Code: AIIBAZ2XXXX
Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Bank VÖEN: 9900003611
Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Alanın hesabı: AZ61AIIB38070019440435563105
VÖEN: 1305532271
Qeyd: Cari Qiymət sorğusu üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.
A.S.A.: Suqra Həsənova İlqar qızı
Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis
Tel. (Mobil): +994 55 500 07 80
Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)
Elektron poçt ünvan: sugra.hasanova@azercotton.com