"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də xam pambığın qəbulu məsələlərinə həsr olunmuş seminar keçirilmişdir

16/09/2024
Seminarda Cəmiyyətin rəhbər heyətinin nümayədələri, emal üzrə mütəxəssislər, regional müəssisələrin əməkdaşları, laborantlar iştirak edib.
 
Seminarda dövlət standartlarına uyğun olaraq xam pambığın qəbulu və saxlanılması qaydaları müzakirə olunmuşdur. Həmçinin regional müəssisələrdəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldirilməsi istiqamətində görülən işlər və perspektiv planlar təhlil edilmişdir.